Menyu

"Bafco Invest" MMC-nin təsisçisi “Tərəqqi” medalı ilə təltif edilib

Nərmin Qocamanlı
"Bafco Invest" MMC-nin təsisçisi “Tərəqqi” medalı ilə təltif edilib

27 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi " medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə "Bafco İnvest" MMC-nin təsisçisi Məmmədov Emin Ruslan oğlu "Tərəqqi" medalı ilə təltif edilib.

“Bafco Invest” MMC 2023-cü ildə “Ağdam Sənaye Parkı”nın rezidenti statusunu alaraq, Ağdam şəhərində beynəlxalq standartların tələblərinə uyğun olan xüsusi qoruyucu işçi ayaqqabıları və qoruyucu poliuretan çəkmələrin istehsalı istiqamətində müvafiq işlərə başlamışdır. Sənaye parkının 1,3 hektarlıq ərazidə inşa olunan müasir fabrik ildə 510 min cüt müxtəlif ayaqqabı istehsal etmək gücünə malikdir. “Made in Azerbaijan” adı altında istehsal edilən ayaqqabıların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulub.

Teqlər:

"\"Bafco Invest\" MMC-nin t\u0259sis\u00e7isi \u201cT\u0259r\u0259qqi\u201d medal\u0131 il\u0259 t\u0259ltif edilib"

Əlaqəli Xəbərlər