Menyu

Qayda pozan velosipedçilər necə cərimələnəcək?

Nərmin Qocamanlı
Qayda pozan velosipedçilər necə cərimələnəcək?

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanıb. Artıq bir neçə küçə və prospektdə istifadəyə də verilib.

Bəs dövlət nömrə nişanı olmayan iki təkərli bu nəqliyyat vasitələrinə nəzarət mexanizmi necə olacaq? Qaydaları pozan nəqliyyat vasitələri necə aşkar ediləcək?

“Operativ Media”ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilər işıqforun siqnallarına, eləcə də yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər:

“Riayət etmədikləri təqdirdə barələrində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunacaqlar. Həmin sürücülərin qayda pozuntuları xüsusi texniki vasitələrlə yox, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən aşkar edildikdə cərimə olunacaqlar”.

Teqlər:

"Qayda pozan velosiped\u00e7il\u0259r nec\u0259 c\u0259rim\u0259l\u0259n\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər