Menyu

Rəisi: "İran neft emalı zavodu və elektrik stansiyası tikmək sahəsində Afrika ölkələri ilə əməkdaşlıq edə bilər"

Nərmin Qocamanlı
Rəisi: "İran neft emalı zavodu və elektrik stansiyası tikmək sahəsində Afrika ölkələri ilə əməkdaşlıq edə bilər"

2-ci İran-Afrika Beynəlxalq Sammiti Afrika Birliyinə üzv olan 30-dan çox ölkənin iştirakı ilə bu gün Tehranda keçirilir.

"Bu görüş Afrika ölkələri və İranın iqtisadi əlaqələrin genişləndirilməsi iradəsinin simvoludur".

"Operativ Media" xəbər verir ki, bunu İran prezidenti Seyid İbrahim Rəisi 2-ci Beynəlxalq İran-Afrika Sammitində çıxışı zamanı deyib.

"İran İslam Respublikası təhdid və sanksiyalara baxmayaraq, yaxşı irəliləyiş əldə edib və onu qabaqcıl və texnoloji ölkə adlandırmaq olar. İslam Respublikasının tərəqqisini və uğurunu bilmək, yeni texnologiyalara istiqamətləndirmək çox vacibdir”.

İranda 10 min biliyə əsaslanan şirkət olduğunu və bu günə qədər ölkənin ixracatının 2 milyard dollara çatdığını bildirən Rəisi, İranın Afrika ölkələrinin problemlərini həll etmək üçün biliyə əsaslanan məhsullar istədiyini bildirib.

O bildirib ki, İranda kənd təsərrüfatı, sənaye, tibb və müalicə sahələrində Afrikaya ixrac oluna bilən yaxşı məhsullar istehsal olunur.

"İslam Respublikasının neft emalı zavodu və elektrik stansiyası tikməsi mümkündür və biz bu sahədə Afrika ölkələri ilə əməkdaşlıq edə bilərik", - İran prezidenti deyib.

Teqlər:

"R\u0259isi: \"\u0130ran neft emal\u0131 zavodu v\u0259 elektrik stansiyas\u0131 tikm\u0259k sah\u0259sind\u0259 Afrika \u00f6lk\u0259l\u0259ri il\u0259 \u0259m\u0259kda\u015fl\u0131q ed\u0259 bil\u0259r\""

Əlaqəli Xəbərlər