Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
Nərmin Qocamanlı
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 6-sı saat 10:00-da Quba şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən"Operativ Media"ya bildirilib ki, vətəndaşlar mayın 2-dək Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin (023) 325-22-73 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
Teqlər:
"M\u0259d\u0259niyy\u0259t naziri Qubada v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"