Gülzar Quliyeva: "Şirkətlərdə qazanılan bonuslar HR ilə paylaşılmalıdır"
Nərmin Qocamanlı
"Hər hansısa bir şirkətdə satışçının qazandığı bonuslar HR ilə paylaşılmalıdır. Şirkətlərdə HR-ların kölgədə qalmaması üçün keyfiyyət sistemi olmalıdır".
"Operativ Media" xəbər verir ki, bunu "Milli İnsan Resursları" Formunda çıxış edən "GDG Professionals"ın təsisçisi və Baş direktoru Gülzar Quliyeva deyib.
"Xidməti fəaliyyətin qiymətləndirməsi olmayan şirkətin obyektiv qiymətləndirmə aparmasına inanmıram. HR-ın gücü, bacarığı “Top uğrunda mübarizə” paneli əsasında götürdükdə hələ top olmamış insanın top olacağını görə bilməsindədir. Bu gün topda olan şirkətlərin satışları yaxşı getdikdə mütləq ki onların peşəkar komanda balanslaşması, komanda mükafatlandırılması sistemi olmalıdır. Beləliklə, həmin top satışçı daha yaxşı proqnozlar verməli, pulları daha düzgün yerləşdirməlidir, bunu da yalnız qənaətlə edə bilər. Bəs o şəxsdən hansı HR müsahibə götürüb? Yəni HR onu deyil, şirkətə dəyər qatmayan birini də götürə bilərdi. Buna görə düşünürəm ki, qazanılan bonuslar HR ilə paylaşılmalıdır və onun adına yazılmalıdır. Başa düşülməlidir ki, həmin adamlar özbaşına gəlmirlər şirkətə, onları HR işə qəbul edir", - o qeyd edib.