COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb
Nərmin Qocamanlı
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı Berlində İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“XV Petersberq İqlim Dialoqunun ikinci günündə COP29-un rəhbər heyəti Bakıda keçiriləcək tədbirin planlarını müzakirə etmək üçün İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib”, - paylaşımda qeyd edilib
Teqlər:
"COP29-un r\u0259hb\u0259r hey\u0259ti ispaniyal\u0131 nazir il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"