Menyu

"Kapital Bank"ın yeni ofisində əməkdaşlar üçün istirahət zonaları yaradılacaq

Nərmin Qocamanlı
"Kapital Bank"ın yeni ofisində əməkdaşlar üçün istirahət zonaları yaradılacaq

"Kapital Bank"ın 3 baş idarəsini bir plazada birləşdirəcəyik və bu ofisdə əməkdaşlar üçün istirahət zonaları yaradılacaq".

"Operativ Media" xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova "Milli İnsan Resursları" Formunda çıxışı zamanı deyib.

"Bu gün "Kapital Bank"da data ofisi yaradılıb və orada100-dən artıq data analitiklər çalışır. Buraxdığımız hər layihənin, hər prosesin metriklərini ölçürük.  HR-da da data analitiklər çalışır. Biz ildə bir dəfə təşkilati sağlamlıq indeksini ölçürük. Burada doğru istiqamətlər var ki, bunlardan biri də iş şəraitidir. Biz hər ofisin dizaynını, ofisdə etdiyimiz hər bir yeniliyi tətbiq etdikcə bu istiqamətdə artan  pointlərə baxırıq ki, 3 il ərzində hər il təxminə 3 point artır. Çünki biz ofisdə oyunlar təşkil edirik. Məsələn, masaüstü oyunlar var və həmkarlarımızın bunu sevdiyini müşahidə edirik. 

"Kapital Bank"ın 3 Baş idarəsi var, lakin biz ilin sonuna qədər həmin idarələri  bir plazada birləşdirəcəyik və bu ofis çox fərqli olacaq. Çünki hər mərtəfədə istirahət zonaları, masaj kresloları və otaqları olacaq. Bu qərarlar bizim keçirdiyimiz sorğulara əsaslanır".

 

Teqlər:

"\"Kapital Bank\"\u0131n yeni ofisind\u0259 \u0259m\u0259kda\u015flar \u00fc\u00e7\u00fcn istirah\u0259t zonalar\u0131 yarad\u0131lacaq"

Əlaqəli Xəbərlər