Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub
Nərmin Qocamanlı
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbir keçiriblər. Tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbət aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər artıq bir neçə gündür ki, daha da gücləndirilib. Bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.
Teqlər:
"Yol h\u0259r\u0259k\u0259ti qaydalar\u0131n\u0131 pozan 196 piyada haqq\u0131nda inzibati protokol t\u0259tbiq olunub"