Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.
Teqlər:
"Ya\u011f\u0131\u015f ya\u011f\u0131b dolu d\u00fc\u015f\u00fcb - FAKT\u0130K\u0130 HAVA"