Menyu

DYP: "Bəzi piyadalar qaydalara səthi yanaşdıqları üçün yol nəqliyyat hadisəsinin iştirakçısına çevrilirlər"

Nərmin Qocamanlı
DYP: "Bəzi piyadalar qaydalara səthi yanaşdıqları üçün yol nəqliyyat hadisəsinin iştirakçısına çevrilirlər"

Bəzən piyadalar sürücülər üçün qırmızı işıq yanan kimi piyada üçün yaşıl işığın yanmasını gözləmədən yolu keçməyə çalışırlar.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli "Operativ Media"ya bildirib ki, piyadaların təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir:

"Lakin təəssüflə qeyd etməliyik ki, bəzi piyadalar qaydalara səthi yanaşırlar ki, nəticədə yol nəqliyyat hadisəsinin iştirakçısına çevrilirlər. Apardığımız araşdırmalar göstərir ki, piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyada keçidləri olan yerlərdə baş verir. Piyadalar onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərə çıxırlar ki, bu, həm onların özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Eləcə də piyada keçidindən keçməmişdən öncə nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra hərəkətlərini davam etdirməlidirlər. Yolun hərəkət hissəsində piyada keçidində ləngiməməlidirlər. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə tənzimlənir ki, qaydanı pozduğu təqdirdə piyada barəsində 20 manat məbləğində cərimə tərtib olunur. Bu baxımdan da piyadalardan bir də xahişimiz və tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi yanaşsınlar,  özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmasınlar".

Sevinc İbrahimzadə

Teqlər:

"DYP: \"B\u0259zi piyadalar qaydalara s\u0259thi yana\u015fd\u0131qlar\u0131 \u00fc\u00e7\u00fcn yol n\u0259qliyyat hadis\u0259sinin i\u015ftirak\u00e7\u0131s\u0131na \u00e7evrilirl\u0259r\""

Əlaqəli Xəbərlər