Menyu

Mingəçevirdə 3 nəfər qadağan olunmuş üsullarla 153 ədəd müxtəlif növ balıq ovlayıblar

Nərmin Qocamanlı
Mingəçevirdə 3 nəfər qadağan olunmuş üsullarla 153 ədəd müxtəlif növ balıq ovlayıblar

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi  əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbir zamanı Tahir Məmmədov, Nurlan Rəsulov və Vüsal Əliyevin qadağan olunmuş üsullarla 153 ədəd müxtəlif növ balıq ovlamaları müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. 

Baş İdarə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirdikləri tədbir zamanı isə şəhərdə Kür çayının sahil mühafizə zonasında yerləşən kafelərdən birinin ərazisində Çinar ağacının zədələnməsi aşkar olunub. Həmin kafenin sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"Ming\u0259\u00e7evird\u0259 3 n\u0259f\u0259r qada\u011fan olunmu\u015f \u00fcsullarla 153 \u0259d\u0259d m\u00fcxt\u0259lif n\u00f6v bal\u0131q ovlay\u0131blar"

Əlaqəli Xəbərlər