Menyu

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Nərmin Qocamanlı
İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 21-də keçirilmiş buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən "Operativ Media"ya bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Teqlər:

"\u0130mtahanda istifad\u0259 olunmu\u015f test tap\u015f\u0131r\u0131qlar\u0131n\u0131n d\u00fczg\u00fcn cavablar\u0131 D\u0130M-in sayt\u0131nda yerl\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər