Menyu

“Yaşar” adlı iranlı narkotacirin ölkə ərazisindəki narkokuryerindən 12 kiloqram marixuana aşkar olunub

Nərmin Qocamanlı
“Yaşar” adlı iranlı narkotacirin ölkə ərazisindəki narkokuryerindən 12 kiloqram marixuana aşkar olunub

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

Teqlər:

"\u201cYa\u015far\u201d adl\u0131 iranl\u0131 narkotacirin \u00f6lk\u0259 \u0259razisind\u0259ki narkokuryerind\u0259n 12 kiloqram marixuana a\u015fkar olunub"

Fotogalereya

Əlaqəli Xəbərlər