Menyu

İqtisadiyyat Nazirliyində AQEM-in Baş katibi ilə görüş keçirilib

Nərmin Qocamanlı
İqtisadiyyat Nazirliyində AQEM-in Baş katibi ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.

Tərəflər COP29 çərçivəsində tərəfdaşlıq imkanları, Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu Biznes Forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər