Menyu

Paytaxtda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub

Nərmin Qocamanlı
Paytaxtda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

M.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Teqlər:

"Paytaxtda saxlan\u0131lan narkokuryerd\u0259n 5 kiloqram marixuana v\u0259 3000 \u0259d\u0259d metadon h\u0259bi a\u015fkar olunub"

Əlaqəli Xəbərlər