Menyu

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar

Nərmin Qocamanlı
Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək
 

Teqlər:

"Sumqay\u0131t qatar\u0131n\u0131 da\u015fa basanlar m\u00fc\u0259yy\u0259n olunublar"

Əlaqəli Xəbərlər