İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, onlar İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra Yaxın Şərqdəki vəziyyəti və Tehranın cavab tədbirlərini müzakirə ediblər.
Telefon danışığında Rusiya lideri, bütün tərəflərin ağlabatan təmkin nümayiş etdirəcəyini və qarşıdurmanın yeni raunduna imkan verməyəcəyinə dair ümid etdiyini bildirib.
İran prezidenti qeyd edib ki, ölkəsinin addımları məcburi və məhdud xarakter daşıyır və gərginliyin daha da artmasında maraqlı olmadığını vurğulayıb.
Teqlər:
"\u0130ran prezidenti Rusiya liderin\u0259 z\u0259ng edib"