Menyu

Bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib

Operativ Media
Bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib.

İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Qərar iyulun 23-dən qüvvəyə minir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər