Menyu

"Liverpul"un müdafiəçisi Konor Bredli zədə səbəbindən yeni mövsümün startını buraxacaq

Operativ Media
"Liverpul"un müdafiəçisi Konor Bredli zədə səbəbindən yeni mövsümün startını buraxacaq

"Liverpul"un sağ cinah müdafiəçisi Konor Bredli zədəsini tam bərpa edə bilmədiyi üçün 2026/27 mövsümünün başlanğıcında komandasına kömək edə bilməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Andoni Iraola mətbuat konfransında məlumat verib.

​Mütəxəssis müdafiə xəttində ciddi heyət qıtlığı yaşadıqlarını bildirib:

​"Sağlam Konor Bredliyə sahib olsaydıq, bu sualları müzakirə etməzdik. O, gələcək planlarımızda əsas sağ cinah müdafiəçimizdir, lakin hazırda yaşıl meydanlara qayıtmaqdan hələ uzaqdır. Mərkəz və sağ müdafiə mövqelərində ehtiyat qüvvəmiz məhdud olduğundan, mövcud vəziyyətə təcili həll yolu axtarırıq".

​Qeyd edək ki, 23 yaşlı Şimali İrlandiya millisinin üzvü 2026-cı ilin yanvar ayında dizindən ağır zədə alıb. 2023-cü ilin iyulundan "Liverpul"un şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Bredli 2025/26 mövsümündə keçirdiyi 21 qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər