Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi İqor Skibyuk olacaq
Şəfa Hüseynli
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi general-mayor İqor Skibyuk olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski bildirib.
"Ukraynanın yeni baş komandanı Mixaylo Drapatyi və müdafiə naziri vəzifəsini icra edən Yevgeni Xmara ilə birlikdə Skibyuku ölkənin yeni Baş Qərargah rəisi seçiblər.
O, yeni Baş Komandanla çiyin-çiyinə Ukraynanı müdafiə edən yüksək təcrübəli zabitdir”, - deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti ölkənin hərbi rəhbərliyindəki dəyişikliklərlə bağlı qərarların rəsmiləşdiriləcəyini və müvafiq fərmanın hazırlanacağını qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net