Menyu

İran ABŞ-nin yeni nüvə obyekti ilə bağlı açıqlamalarını əsassız adlandırıb

Nicat Hüseynli
İran ABŞ-nin yeni nüvə obyekti ilə bağlı açıqlamalarını əsassız adlandırıb

ABŞ Prezidenti Donald Trampın İranın güman edilən yeni nüvə obyekti barədə bəyanatları əsassızdır və ölkəyə qarşı yeni zərbələr endirmək üçün sadəcə bir bəhanədir.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi sosial şəbəkə hesabında paylaşım edib.

"İranın nüvə fəaliyyəti təminat tədbirlərinə uyğun olaraq atom enerjisi üzrə beynəlxalq agentlik ilə tam şəkildə əlaqələndirilib. Vaşinqtonun heç bir nüvə fəaliyyətinin həyata keçirilmədiyi Kolanq Qaz La dağına aludəçiliklə diqqət yetirməsi təcavüz, dağıntı və təxribat üçün uydurulmuş bəhanədən başqa bir şey deyil", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər