“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” müzakirə olunub
Mərkəzi Bankda “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” müzakirə olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X" səhifəsində paylaşım edib.
"Bu gün Mərkəzi Bankda iqtisadçı ekspertlərlə növbəti dəfə görüşdük. Maliyyə sektorunun gündəmində olan məsələlər ətrafında müzakirələr apardıq. Həmçinin Mərkəzi Bank tərəfindən hazırlanmış “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” da əsas müzakirə mövzularından oldu. Mərkəzi Bank kommunikasiya baxımından ictimaiyyətə açıqdır. İnanıram ki, ekspertlərlə qarşılıqlı dialoqun qurulması bu istiqamətdə böyük töhfə verəcək", - paylaşımda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net