Menyu

MN: Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub

Redaksiya
MN: Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub

Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.

Teqlər:

"MN: \u00d6t\u0259n sutka \u0259rzind\u0259 m\u00f6vqel\u0259rimiz 30 d\u0259f\u0259 at\u0259\u015f\u0259 tutulub"

Əlaqəli Xəbərlər