Menyu

Zərdabda oğurluq edən 3 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Zərdabda oğurluq edən 3 nəfər saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri ərazisində oğurluq faktları törədən Ağdam rayon sakinləri T.Axunov, F.İsmayıllı və E.Baxışov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif vaxtlarda kənd sakinlərinə məxsus xırda buynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər:

"Z\u0259rdabda o\u011furluq ed\u0259n 3 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər