Menyu

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Nərmin Qocamanlı
Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib.

"Operativ Media" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov aprelin 2-də keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ötən il aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib: “Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb”.

Teqlər:

"Az\u0259rbaycanda 7 mind\u0259n \u00e7ox v\u0259t\u0259nda\u015f hakerl\u0259rin qurban\u0131 olub"

Əlaqəli Xəbərlər