Menyu

Bayram günlərində evləri talayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bayram günlərində evləri talayan şəxs saxlanılıb

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.

Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. 

Teqlər:

"Bayram g\u00fcnl\u0259rind\u0259 evl\u0259ri talayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər