Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb
Nərmin Qocamanlı
Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov "Operativ Media"ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Teqlər:
"Canl\u0131 yay\u0131mda bir ya\u015fl\u0131 u\u015fa\u011fa siqaret \u00e7\u0259kdir\u0259n ata saxlan\u0131l\u0131b"