DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.