Menyu

Aqrar Xidmətlər Agentliyinin sədri Qəbələdə vətəndaşların müraciətlərini cavablandıracaq

Nərmin Qocamanlı
Aqrar Xidmətlər Agentliyinin sədri Qəbələdə vətəndaşların müraciətlərini cavablandıracaq

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev aprelin 5-də, saat 10:00-da Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-316-42-32) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Teqlər:

"Aqrar Xidm\u0259tl\u0259r Agentliyinin s\u0259dri Q\u0259b\u0259l\u0259d\u0259 v\u0259t\u0259nda\u015flar\u0131n m\u00fcraci\u0259tl\u0259rini cavabland\u0131racaq"

Əlaqəli Xəbərlər