Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
Nərmin Qocamanlı
Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu aprelin 2-8-də keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.
Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.
Teqlər:
"M\u00fc\u0259lliml\u0259rin i\u015f yerinin d\u0259yi\u015fdirilm\u0259si m\u00fcsabiq\u0259si ba\u015flay\u0131r"