Menyu

Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb

Nərmin Qocamanlı
Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, nəticədə 2 kiloqram narkotik vasitə və psixotrop həb, 1 "Kalaşnikov" avtomatı, 1 "Makarov" tapançası və 1  ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan 5 ədəd ov tüfəngi götürülüb.

Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən 3, axtarışda olan 7 nəfər saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan 770 sürücü barəsində protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edən 96, səbədsiz avtomobil idarə edən 78, spirtli içki və narkotikin təsiri altında sükan arxasında əyləşən 10, avtoxuliqanlıq edən 2 sürücü məsuliyyətə cəlb edilib.

Teqlər:

"Yevlaxda cinay\u0259tl\u0259r\u0259 v\u0259 h\u00fcquqpozmalara qar\u015f\u0131 t\u0259dbirl\u0259r g\u00f6r\u00fcl\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər