Menyu

Binəqədidə qanunsuz tikili sökülüb - VİDEO

Nərmin Qocamanlı
Binəqədidə qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, bu çərçivədə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Teqlər:

"Bin\u0259q\u0259did\u0259 qanunsuz tikili s\u00f6k\u00fcl\u00fcb - V\u0130DEO"

Əlaqəli Xəbərlər