Ana səhifə / İqtisadiyyat / Son bir ayda bankların qiymətli kağızlardan gəlirləri 2 dəfəyədək artıb Son bir ayda bankların qiymətli kağızlardan gəlirləri 2 dəfəyədək artıb 29.03.2024, 17:34 Nərmin Qocamanlı 2024-cü ilin martın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 71,5 milyon manat olub. "Operativ Media" bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 milyon manat və ya 6,7% çoxdur. 2023-cü ilin martın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 67 milyon manat olub. Aylıq müqayisədə bankların qiymətli kağızlardan qazandıqları məbləğin həcmi 35,3 milyon (97,5%) artıb. 1 fevral vəziyyətinə bu göstərici 36,2 milyon manat təşkil edib. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor