Menyu

Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən rayon sakini, əvvəllər oğurluq və narkotik cinayərlərinə görə dəfələrlə məhkum olunmuş Saleh Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib.
Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Baba" adlı iranlı narkotacir tərəfinən kuryerliyə cəlb olunduğu müəyyən edilib.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Sabirabad sakinind\u0259n 12 kiloqram narkotik vasit\u0259 a\u015fkarlan\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər