Menyu

Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfər məsuliyyətə cəlb edilib

Əziz Əzizli
Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfər məsuliyyətə cəlb edilib

Polis əməkdaşları Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfəri məsuliyyətə cəlb ediblər.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.

Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub

Teqlər:

"Balak\u0259nd\u0259 yerin t\u0259kind\u0259n istifad\u0259 qaydalar\u0131n\u0131 pozan 6 n\u0259f\u0259r m\u0259suliyy\u0259t\u0259 c\u0259lb edilib"

Əlaqəli Xəbərlər