Menyu

Bakıda keçmiş məhkum quldurluğa görə tutulub

Əziz Əzizli
Bakıda keçmiş məhkum quldurluğa görə tutulub

Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirən şəxsin onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır

Teqlər:

"Bak\u0131da ke\u00e7mi\u015f m\u0259hkum quldurlu\u011fa g\u00f6r\u0259 tutulub"

Əlaqəli Xəbərlər