Menyu

ADY mazut və azot gübrələrinin daşınmasını artırıb

Nərmin Qocamanlı
ADY mazut və azot gübrələrinin daşınmasını artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar-fevral aylarında tranzit, ixrac və idxal rejimləri üzrə 2,43 milyon ton yük daşıyıb.

Bu barədə "Operativ Media"ya ADY-dən bildirilib.

Qeyd edilib ki, daşınan yüklər arasında mazut və azot gübrələrinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22 % və 42 % artım qeydə alınıb.

Ümumi yükün 7,4 %-ni təşkil edən qələvi metallar və metalloidlərin (kükürd, fosfor-natrium) həcmi isə 2023-cü ilin ilk iki ayına nisbətən 2 dəfə çox olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər