Menyu

Yeni tikiləcək aeroportun yerləşdiyi ərazi ticarət üçün nə qədər əlverişlidir?

Nərmin Qocamanlı
Yeni tikiləcək aeroportun yerləşdiyi ərazi ticarət üçün nə qədər əlverişlidir?

Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələri, logistika mərkəzi və hava limanı inşa edilir. Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı planlaşdırılıb.

Bəs yeni tikiləcək aeroportun yerləşdiyi ərazi bunun üçün nə qədər əlverişlidir? 

Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov "Operativ Media"ya bildirib ki, hava limanının tikilməsi üçün seçilmiş ərazi kifayət qədər uğurlu ərazidir:

ocr

"Bu ərazi məhz Şimal-Cənub, Orta dəhliz, Lapis-Lazuli dəhlizlərinin kəsişmə nöqtəsidir. Eyni zamanda Ələt Azad İqtisadi zonasının yanı və Beynəlxalq ticarət limanının yanı kifayət qədər uğurlu ərazidir. Doğru layihələndirmə və doğru icra düşünürəm ki, təkcə hava limanının özü üçün deyil, digər bütün dəhlizlər, o cümlədən də azad iqtisadi zona və limanın işi üçün ciddi müsbət töhfələr verəcəkdir".

İqtisadçı qeyd edib ki, bu töhfələr özünü ticarət dövriyyəsində və digər iqtisadi parametrlər üzrə göstərəcək.

Teqlər:

"Yeni tikil\u0259c\u0259k aeroportun yerl\u0259\u015fdiyi \u0259razi ticar\u0259t \u00fc\u00e7\u00fcn n\u0259 q\u0259d\u0259r \u0259lveri\u015flidir?"

Əlaqəli Xəbərlər