Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı necə aparılır?
Nərmin Qocamanlı
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı necə aparılır?
"Operativ Media" xəbər verir ki, mövzuya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi İlahə Məmmədova aydınlıq gətirib.
O, bildirib ki, daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılıb:
"Bunun üçün müraciət edən şəxs e-emlak.gov.az portalına daxil olaraq elektron xidmətlər bölməsindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciət və sənədlərin qəbulu bölməsini seçərək açılan səhifədə tələb olunan məlumatları qeyd edib və lazımi sənədləri müraciətə əlavə etməlidir".
Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər aşağıdakılardır:
- Daşınmaz əmlakın ipotekası haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə;
- İpoteka saxlayan adından müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamə;
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir. Ərizəçinin elektron müraciəti qeydiyyata alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir. Ərizə icra olunduqdan sonra ipotekanın dövlət qeydiyyatına alınması barədə elektron çıxarış tərtib olunur və bununla bağlı ərizəçiyə sms bildiriş göndərilir.