Menyu

AQTA, ÜST və FAO arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Nərmin Qocamanlı
AQTA, ÜST və FAO arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə görüşüb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

Görüşdə daha sonra Kodeks Alimentarius Komissiyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi üzrə həyata keçirilən işlər nəzərdən keçirilib. Həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili, “Vahid Sağlamlıq” konsepsiyası və sağlam qidalanma ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Teqlər:

"AQTA \u00dcST v\u0259 FAO aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131n geni\u015fl\u0259ndirilm\u0259sin\u0259 dair m\u00fczakir\u0259l\u0259r apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər