Menyu

Azərbaycanlı investor Rusiyada istixanaların yaradılmasına 5,6 milyard rubl sərmayə qoyacaq

Azərbaycanlı investor Rusiyada istixanaların yaradılmasına 5,6 milyard rubl sərmayə qoyacaq

Azərbaycandan olan investor Stavropol diyarında “Vostochnıy” istixana kənd təsərrüfatı kompleksinin tikintisinə 5,6 milyard rubl sərmayə qoyacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a regional İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Denis Polyubin bildirib.

"Levokumski rayonunda "Vostochnıy" kənd təsərrüfatı kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu ötür. Layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıq alıb. İstismara verilməsi 2024-cü ilin sonuna qədər planlaşdırılır", - o qeyd edib.

Məlumata görə, istixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır.

Sadiq Cavadov

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər