Menyu

Azərbaycan Konqo ilə energetika sahəsində əməkdaşlığı nəzərdən keçirib

Azərbaycan Konqo ilə energetika sahəsində əməkdaşlığı nəzərdən keçirib

Azərbaycan və Konqo neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

“Operativ Media” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin Konqo prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransuaz Joli ilə keçirilən görüşündə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın müxtəlif ölkələrdəki fəaliyyəti, tərəfdaşlarla birgə icra edilən layihələr barədə məlumat verilib.

Tərəflər neft-qaz sektorunda müxtəlif istiqamətlərdə, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər:

"Az\u0259rbaycan Konqo il\u0259 energetika sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 n\u0259z\u0259rd\u0259n ke\u00e7irib"

Əlaqəli Xəbərlər