"Azərbaycanın qaz rezervləri sual altında deyil, istənilən qədər rezervimiz var" - Nazir
"Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəzərdə tutulub".
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, Azərbaycanın qaz rezervləri sual altında deyil: "İstənilən qədər rezervimiz var".
"Sadəcə biz bunu Avropanın sifarişlərinə uyğun istifadə edirik. SOCAR beynəlxalq bazarda olan təkliflərə uyğun əlavə 5 milyard kubmetr qaz üçün təklif verib. Bazarda mövcud olan təkliflərə uyğun genişləndirmə həyata keçiriləcək", - P.Şahbazov qeyd edib.
Teqlər:
"\"Az\u0259rbaycan\u0131n qaz rezervl\u0259ri sual alt\u0131nda deyil ist\u0259nil\u0259n q\u0259d\u0259r rezervimiz var\" - Nazir"