Azərbaycan Türkiyə şirkəti ilə natrium sianid istehsalı layihəsini müzakirə edib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X"də bildirib.
"Keçirdiyimiz görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə etdik. Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik", - nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma