Menyu

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.

"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və  digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub.Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.

***

14:28

"Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq".

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat nazirki Mikayıl Cabbarov "X"də bildirib.

Görüşdə iqtisadi tərəfdaşlığın gücləndirilməsi, turizim və investisiyalar sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər