AYİB "Azərenerji"yə 30 milyon dollarlıq kredit ayıracaq
Nərmin Qocamanlı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Azərenerji"yə 30 milyon ABŞ dolları həcmində kredit ayıracaq.
Bu barədə "Operativ Media"ya AYİB-dən bildirilib.
Məlumata görə, sözügedən kredit Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınmasının maliyyələşdirilməsinə yönəlib. Bildirilib ki, layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Burada borcalan qismində Maliyyə Nazirliyi, layihənin icraçı qurumu qismində “Azərenerji” çıxış edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net