Azərbaycanda bir neçə bələdiyyədə qanun pozuntuları aşkarlanıb
Nərmin Qocamanlı
Azərbaycanda bir neçə bələdiyyədə qanun pozuntuları aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.
Sənəddə qeyd edilib ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işləri başlanıb.
Həmçinin Binəqədi rayonu Binəqədi qəsəbə, Biləsuvar rayonu Biləsuvar, Saatlı rayonu Çolpı və digər bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı toplanmış materiallar istintaq orqanlarında baxılır.
Teqlər:
"Az\u0259rbaycanda bir ne\u00e7\u0259 b\u0259l\u0259diyy\u0259d\u0259 qanun pozuntular\u0131 a\u015fkarlan\u0131b"