Menyu

“SOCAR Könüllüləri” neft-kimya sənayesi, polietilen zavodu barədə məlumatlandırılıb - FOTO

“SOCAR Könüllüləri” neft-kimya sənayesi, polietilen zavodu barədə məlumatlandırılıb - FOTO

“SOCAR Polymer” şirkətinin yüksək sıxlıqlı polietilen zavodunun açılışının 5-ci ildönümü münasibətilə tur təşkil olunub.

SOCAR-dan “Operativ Media”ya bildirilib ki, tur çərçivəsində könüllülərə ilk öncə ölkəmizin neft-kimya sənayesi, “SOCAR Polymer” şirkəti, o cümlədən yüksək sıxlıqlı polietilen zavodunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra könüllülər zavodun idarəetmə otağı, laboratoriya, qablaşdırma və anbar bölmələri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2019-cu il fevralın 18-də açılışı olan zavod ötən illər ərzində səmərəli fəaliyyət göstərərək ölkəmizin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına, ixrac potensialının artırılmasına dəyərli töhfələr verir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər