Menyu

Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb

Nərmin Qocamanlı
Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb

Cari ilin yanvar ayında ölkədə 9131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artıb.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər