Tərəvəz və meyvələrin emal məhsullarının ixracı artıb
Nərmin Qocamanlı
2023-cü il ərzində ölkədən 33,8 milyon ABŞ dolları dəyərində 26 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
"Operativ Media" “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına istinadən xəbər verir ki, 2022-ci ilin göstəricisi ilə müqayisədə ixracın dəyəri 36,9 faiz və ya 9,1 milyon dollar, həcmi isə 32,5 faiz və ya 6,39 min ton artıb.
Ötən ilin noyabr ayına nisbətdə isə dekabrda ixrac dəyəri 15,9 faiz artaraq 4,9 milyon dollar, həcmi isə 11,8 faiz artaraq 3,3 min ton təşkil edib.
İl ərzində bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,01 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net